Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropada ən təhlükəsiz yerlərdən biri

06 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azor adaları koronavirus şəraitində məzuniyyət keçirmək üçün Avropada ən təhlükəsiz yerlərdən biri hesab edilir.

Press.az AZƏRTAC-a istinadən bildirir ki, bu qənaətə "European Best Destination" təşkilatı gəlib. Təşkilat təhlükəsizlik amillərindən biri kimi regionda koronavirusa yoluxmanın sayının az olmasını, tibbi xidmətlərin səviyyəsini vurğulayır. Azor adaları hökumətinin nümayəndəsi Marta Qerreyronun sözlərinə görə, beynəlxalq fərqin daha bir səbəbi odur ki, təbiətdə olmağı, balinaları müşahidə etməyi xoşlayan səyahətçilər üçün bu arxipelaq ideal məkandır, onları buraya yerli mətbəx və ənənələr cəlb edir.

Artıq 16 gündür ki, arxipelaqda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb. Bu günədək regionda 146 yoluxma halı aşkarlanıb, 129 nəfər xəstəlikdən sağalıb, 16 nəfər isə dünyasını dəyişib.

Oxşar xəbərlər
OTACI