Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə son sutkada koronavirusdan 1 121 nəfər sağalıb

22 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə son 24 saat ərzində daha 27 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Press.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 276 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 952 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 154 500 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 121 nəfər olmaqla 116 111 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 37 507 test aparılıb.

Oxşar xəbərlər
OTACI