Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çində son sutkada 7 koronavirusa yoluxma faktı qeydə alınıb

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çində ötən sutka ərzində 7 nəfərdə yeni növ koronavirusun aktiv forması və 18 simptomsuz yoluxma halı aşkarlanıb.

Press.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, 7 yeni yoluxma faktından 4-ü xaricdən gələnlərdə Daxili Monqoliyada, 3-ü isə ölkənin daxilində (Tzilin və Şanxay əyalətləri) qeydə alınıb.

Bildirilir ki, simptomsuz yoluxma hallarından 16-u ölkə daxilində, 2-si isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Hazırda 448 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 954 nəfərə çatıb, 78 min nəfərdən çox müalicə olunaraq tibb müəssisələrindən evə buraxılıb. ölənlərin sayı isə 4 633 nəfər səviyyəsində qalıb.

Oxşar xəbərlər
OTACI