Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstanda COVID-19-a yoluxanların sayı altı mini ötdü

17 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanda son bir gün ərzində koronavirusa daha 307 yoluxma aşkar edilib.

Press.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların Təminatı üzrə Dövlət Komissiyası yanında Operativ Qərargahı bildirib.

Qeyd edilir ki, bununla da koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 6 000-i ötüb.

"Koronavirus infeksiyasına yeni 307 yoluxma halı qeydə alınıb. Artım tempi 5,2% təşkil edib. Ölkədə 6 157 yoluxma halı təsdiq edilib", - qərargahın “Telegram-kanal”dakı xəbərində deyilir.

Ötən gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ən yüksək artımı ölkənin cənubundakı Şımkentdə qeydə alınıb. Burada 77 yeni yoluxma (28,6% artım) aşkarlanıb.

Qərargahın məlumatına görə, koronavirusdan ölüm hallarının ümumi sayı 34 təşkil edir. Qazaxıstanda koronavirusa yoluxmuş 2 980 pasiyent sağalıb. 

Oxşar xəbərlər
OTACI