Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İtaliyada pandemiya qurbanlarının sayı 17 mini ötdü

07 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyada son sutka ərzində daha 604 nəfər koronavirusun qurbanı olub.

Press.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli məlumat verib.

O deyib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 17 127 nəfərə çatıb.

Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3039 nəfər artaraq 135 586-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI