Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatdı

01 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə son bir gündə 2 148 koronavirusa yoluxma faktı qeydə alınıb.

Press.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb, ölənlərin sayı isə 63 nəfər artaraq 277 nəfərə yüksəlib.

Nazir deyib ki, hazırda pasiyentlərdən 979-nun vəziyyəti ağır, 692 nəfərin vəziyyəti isə orta-ağırdır.

F.Koca həmçinin indiyədək 333 nəfərin sağaldığını da vurğulayıb.

O deyib ki, ən çox yoluxma hadisəsi İstanbulda qeydə alınıb - 8 852.

"Ölkənin bütün şəhərlərində koronavirusa yoluxma qeydə alınıb. Toplam 39 şəhərdə koronavirusdan ölüm baş verib. Hazırda reanimasiyada olanların 75%-i yaşı 60 və daha çox olan insanlardır. Reanimasiyada olanların 63%-də təzyiq xəstəliyi var", - deyə nazir əlavə edib. 

Oxşar xəbərlər
OTACI