logo
First slide

Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər?

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus infeksiyasından sağalmış 12 nəfərdən 3-ü xəstəliyə qədər bacardıqları fiziki hərəkətləri yerinə yetirmək gücündə olmur.

Press.az-ın məlumatına görə, bunu Honq Konqda Şahzadə Marqarita xəstəxanasının infeksiya mərkəzinin direktoru, doktor Ouen Tsanq Tak-İn deyib.

Qeyd olunub ki, bu, koronavirusdan sağalan xəstələr üzərində aparılan müşahidələr nəticəsində müəyyən edilib.

Müşahidələrə əsasən COVID-19 infeksiyasından sağalanlar ağciyərlərin azalan funksionallığından əziyyət çəkir və gəzinti zamanı boğulma hiss edir.

Bununla belə, ağciyərlərin zədələnməsi ilə bağlı uzunmüddətli effektlər müşahidə olunmayıb. COVID-19-dan sağalan xəstələr ağciyərlərin bərpası üçün onlara tövsiyə edilən üzgüçülük çalışmaları zamanı ciddi narahatlıq hiss etməyib.

Oxşar xəbərlər