Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniyada koronavirusdan ölənlərin sayı artdı

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyada daha 5 nəfər koronavirus infeksiyasının qurbanı olub.

Press.az “Zeit”a istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 650-yə çatıb.

Bundan başqa, koronavirus daşıyıcılarının rəsmi sayında da artım qeydə alınıb. Məlumata görə, daha 166 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, ölkədə virus daşıyıcılarının rəsmi sayı 67 051 nəfərə çatıb.

Qeyd edək ki, Almaniya koronavirus daşıyıcılarının sayının çox olmasına baxmayaraq, ölüm faktlarının azlığı ilə seçilən ölkələrdəndir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 786 900-ü ötüb. Bunların 165 892 nəfəri sağalıb, 37 840 nəfəri isə ölüb.

Oxşar xəbərlər
OTACI