logo
First slide

Çində koronavirusa qarşı peyvəndin insanlar üzərində sınaqlarına başlandı

21 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çində SARS-CoV-2-yə qarşı peyvəndlərin sınaqlarına başlanıb.

Bu barədə “RİA Novosti” Çin mətbuatına istinadla xəbər verir.

Pekin Hərbi Tibb Akademiyasının epidemioloqu Çen Veyin başçılıq etdiyi tədqiqat qrupu adenovirus vektorlara əsaslanan rekombinant peyvənd hazırlayıb. Bildirilir ki, burada “Ebola” virusuna qarşı peyvənd yaratmaqda uğurlu təcrübədən istifadə edilib.

Peyvənd artıq heyvanların üzərində sınaqdan keçirilib. O, yaxşı nəticələr göstərdiyi üçün tədqiqatçılar klinik sınaqlara başlayıblar.

Sınaqda əsasən Uhan, Hunşan və Dunhu şəhərlərindən 18 yaşdan 60 yaşa qədər 108 könüllü iştirak edir.

Sınaqda iştirak edənlər dərmanın müxtəlif dozalarının yoxlanılması məqsədi ilə üç qrupa ayrılıb.

Peyvənddən sonra onlar 14 gün karantində qalacaqlar, sonra altı ay ərzində mütəmadi tibbi müayinələrdən keçəcəklər.

Klinik sınaqlar dekabrın 31-dək davam edəcək. Bu müddət ərzində peyvəndi yaradanlar onun effektivliyini və mümkün yan təsirləri müəyyənləşdirməyi ümid edirlər.

Bundan əlavə, orqanizmdə SARS-CoV-2 koronavirusunun “S” zülalına qarşı anticisimlərin yaranıb-yaranmayacağını öyrənməyə çalışılacaq.

Oxşar xəbərlər