Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səfirlik Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin valideynlərini narahat olmamağa çağırıb

25 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyənin Malatya ve Elazığ şəhərlərində 500-dən çox azərbaycanlı tələbə təhsil alır. Tətil olduğundan onlardan bir çoxu Azərbaycana gedib”.

Bunu açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova deyib.

Onun sözlərinə görə, həmin tələbələrin müəyyən hissəsi hazırda imtahanlarla əlaqədar olaraq Türkiyədədir: “Ölkədə bir həftəlik fövqəladə vəziyyət elan olunduğundan aidiyyəti qurumlar tərəfindən onların bölgədən uzaqlaşdırılması ilə bağlı danışıqlar aparılır”.

Azərbaycanın Türkiyədəki səfirliyi Malatya ve Elazığ şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin valideynlərini narahat olmamağa çağırıb: "Biz bilirik ki, həmin tələbələrin valideynləri narahatdır. Ancaq onlara demək istəyirik ki, azərbaycanlı tələbələr arasında xəsarət alan və ya ölən yoxdur. Universitetlərlə sıx əlaqədəyəm. Burada imtahanları olan tələbələri mövcud vəziyyətə görə Azərbaycana göndərə və ya bölgədən müvəqqəti uzaqlaşdıra bilərik”. 

Report

Oxşar xəbərlər
OTACI