Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çində zəlzələ olub, xəsarət alanlar var

19 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çinin şimal-qərbindəki Sinszyan-Uyğur muxtar vilayətində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb.

Press.az-ın məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən “Sinxua” agentliyi xəbər verib.

Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 21:27-də Kaşqar dairəsində zəlzələ baş verib. Zəlzələnin episentri 16 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra seysmoloqlar səkkiz yeraltı təkan qeydə alıblar. Zəlzələ zamanı əsasən episentrin olduğu ərazidə yaşayan insanlar zərər çəkiblər. Həkimlər zərərçəkənlərə, o cümlədən 2 uşağa tibbi yardım göstərib. Yaralılardan biri ağır vəziyyətdədir.

Oxşar xəbərlər
OTACI