Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə XİN-dən ABŞ senatının “soyqırımı” qərarına - REAKSİYA

13 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rəsmi Ankara ABŞ Senatının 1915-ci il erməni hadisələrini “soyqırımı” kimi tanıyan qətnaməni qəbul etməsini “tarixin necə siyasiləşdirilə biləcəyinin utancverici örnəklərindən biri” adlandırıb.

Press.Az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

Türkiyə XİN sözügedən qərarın “Türkiyə-ABŞ münasibətlərinin inkişafı istiqamətindəki səyləri iflasa uğratmağı hədəfləyən bir təşəbbüs” olduğunu qeyd edib.

“ABŞ senatının 1915-ci il hadisələri ilə bağlı 12 dekabr 2019-cu il tarixli qərarı istənilən tarixi bilgi və hüquqi əsasdan məhrumdur”, - XİN-in bəyanatında deyilib.

XİN bəyanatında, həmçinin, Türkiyənin bundan sonra da bölgəsindəki həyati vacib maraqlarını qorumaq üçün apardığı mübarizəni bu cür haqsız və əsassız qərarlardan təsirlənmədən qərarlılıqla davam etdirəcəyi vurğulanıb.

Oxşar xəbərlər
OTACI