Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistanda quşlarla toqquşan “MiG-29K” qırıcısı qəzaya uğrayıb

16 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistanda “MiG-29K” qırıcı təyyarəsi uçuşdan qısa müddət sonra quş sürüsü ilə toqquşduğuna görə qəzaya uğrayıb.

Press.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi açıqlama verib.

“Bu gün günorta saatlarında, müntəzəm təlim uçuşu zamanı iki yerlik “MiG-29K” qırıcısı Qoadakı Dabolim bölgəsindəki Hərbi Dəniz Qüvvələrinin “Hansa” aviabazasından havaya qalxdıqdan sonra quş sürüsü ilə toqquşub”.

Məlumata görə, pilotlar xilas olub. 

Oxşar xəbərlər
OTACI