Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elektron siqaret çəkənlərin ölməsinin əsas səbəbi açıqlandı

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzindən olan alimlər elektron siqaret çəkənlərin ölməsinin əsas səbəblərindən birini müəyyənləşdiriblər.

Press.az xarici KİV-ə istinadla bildirir ki, təşkilatın saytındakı xəbərə görə, tədqiqatçılar 29 xəstə pasiyentin ağciyərlərinin maye nümunələrini yığıblar. Qeyd edilir ki, bütün hallarda E vitamini asetatı tapılıb. Bu kimyəvi maddə vapers məhsulları və elektron siqaret istehsalında əlavə bir maddə kimi istifadə olunur. Nümunələrin 82 faizində çətənənin tərkibindəki tetrahidrokkanabinol maddəsi, 62 faizində isə nikotin aşkarlanıb.

Yayda ABŞ-da elektron siqaretlərlə bağlı olan pulmoner qəribə tənəffüs epidemiyasının yayıldığı məlum olub. Məlumata görə, ölənlərin sayı 39 olub, daha minlərlə insan xəstəliyə yoluxub.

Minnesotedəki Mayo klinikasının həkimləri aşkar ediblər ki, ABŞ-da vapersdən ölümün səbəbi zəhərli kimyəvi dumanlar ola bilər.

Oxşar xəbərlər
OTACI