Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı Türkiyədə saxta içkidən öldü - FOTO

18 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Sakarya vilayətinin Sapanca rayonunda 41 yaşlı Azərbaycan vətəndaşı Əbülfəz İsmayılov ölüb.

Ə.İsmayılovun ölümünə səbəb saxta spirtli içki qəbul etməsidir.

Ə.İsmayılovu ilk olaraq Sapanca Dövlət Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Sakarya Eğitim və Araşdırma Xəstəxanasına aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sapanca Əmniyyət Müdirliyi faktla bağlı araşdırma aparıb.

İstintaq nəticəsində saxta içki hazırlayan Gürcüstan vətəndaşı G.A. tutulub. Onun evinə baxış zamanı çoxlu sayda saxta spirt aşkarlanıb.

 

Oxu.az

Oxşar xəbərlər
OTACI