Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin XİN rəhbəri: Antiterror əməliyyatına müvəqqəti ara verilib

17 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə ABŞ-la Suriya üzrə danışıqların nəticəsinə görə arzuolunan nəticələri əldə edib.

Press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu barədə ABŞ nümayəndə heyəti ilə görüşdən sonra Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

“İstədiklərimizi əldə etdik. YPG-nin ağır silahları toplanacaq və mövqeləri məhv ediləcək”. 

Nazirin sözlərinə görə, Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib.

Çavuşoğlu bildirib ki, 120 saat ərzində YPG Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Bundan sonra “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırıla bilər. Həmçinin, Türkiyəyə qarşı ABŞ-ın sanksiyaları dərhal aradan qaldıracaq. 

Oxşar xəbərlər
OTACI