Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya prezidentini təhqir edən gürcü jurnalist işdən azad olunub

08 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə kanal rəhbərliyi qərar qəbul edib.

Qərara əsasən, G.Qabuniaya qarşı tətbiq olunan məhdidiyyət onun müəllifi və aparıcısı olduğu bütün proqramlara şamil olunub.

Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstanda ciddi narazılıqlara səbəb olub.

Report

Oxşar xəbərlər
OTACI