Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna prezidenti rusiyalı həmkarına görüşməyi təklif edib

08 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Krım və Donbasdakı vəziyyəti Belarusun paytaxtı Minskdə müzakirə etməyi təklif edib.

Press.az “Reuters”ə istinadən xəbər verir ki, Vladimir Zelenski bu barədə “Facebook” səhifəsində müraciətində bildirib.

“Danışıqlar üçün bu şəxsləri təklif edirəm: Mən, siz (Vladimir Putini nəzərdə tutur - red.), ABŞ prezidenti Donald Tramp, Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron”, - deyə o vurğulayıb.

V.Zelenski qeyd edib ki, Ukrayna diplomatik formatların heç birindən imtina etmir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin təklifini dəyərləndirərək bildirib ki, beynəlxalq münasibətlərdə mümkünsüz heç nə yoxdur. 

Oxşar xəbərlər
OTACI