Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanın Dövlət Agentliyi azərbaycanlı hamilə qadının ölümü ilə bağlı araşdırma aparacaq

15 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın Tibbi Fəaliyyətin Tənzimlənməsi Dövlət Agentliyi Qardabani rayonunda 8 aylıq hamilə qadın Samirə Yusubovanın ölüm faktı ilə bağlı araşdırma aparacaq.

Bu barədə dövlət qurumunun rəhbəri Nino Xutsişvili bildirib.

Onun sözlərinə görə, qadının ölümünə həkimlərin səhlənkarlığının səbəb olduğu müəyyən oluransa, müvafiq ölçülər götürüləcək:

“Agentlik məsələni mütləq araşdıracaq. Bazar ertəsindən etibarən müvafiq prosedurlara başlanılacaq. Qadının öldüyü klinikada da sənədlər araşdırılacaq və həkimlərin pasientin ölümündə günahları sübuta yetirilərsə, həmin həkimlərin peşə məsuliyyəti məsələsi qaldırılacaq”.

Qeyd edək ki, Qardabani rayonunun Nəzərəli kənd sakini 33 yaşlı Samirə Yusubova rayon xəstəxanalarının birində dünyasını dəyişib. Qadının yaxınları onun ölümündə həkimləri günahlandırırlar. 

Report

Oxşar xəbərlər
OTACI