Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyalı sərxoş deputat restoranda dava saldı - VİDEO

11 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Həştərxan şəhərində şəhər dumasının üzvü Vladimir Suxaryov sərxoş vəziyyətdə restoranda dava salıb.

Hadisənin görüntülərini REN TV yayıb.

Kadrlardan aydın olur ki, içkili vəziyyətdə olan deputat restoranın qonaqlarına sataşır. İaşə obyektinin mühafizəçiləri ondan restoranı tərk etməsini xahiş edir. Bundan hiddətlənən deputat kim olduğunu car çəkməyə başlayır və xidməti vəsiqəsini göstərir. 

Personal yaranmış vəziyyətlə əlaqədar çevik polis alayını çağırmalı olub.

“Xalqın xidmətçisi” asayiş keşikçilərinə də müqavimət göstərməkdən çəkinməyib. Deputat onu kənardan mobil telefon kamerası ilə çəkdiklərini ağlına belə gətirməyib. Yəqin ki, qalmaqaldan sonra deputat özünə şəhər dumasından kənarda, başqa iş axtarmalı olacaq.

Oxu.az

Oxşar xəbərlər
OTACI