Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya MN 3 Ukrayna qırıcısının vurulduğunu açıqladı

06 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən sutka ərzində Rusiya hərbçiləri Xerson vilayətində və Donetskdə üç Ukrayna hərbi təyyarəsini - iki Su-25 və bir Su-27-ni vurub.

Press.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə yunun 6-da Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, gün ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsi Xerson vilayətinin Babino və Donetskin Nikolskoye qəsəbələri ərazilərində vurulub. Su-27 isə Andreevka yaxınlığında vurulub.

Rusiya MN sözçüsü həmçinin Zaporojye vilayəti və Donetsk ərazisində Ukraynaya məxsus iki Mi-8 helikopterinin vurulduğunu da qeyd edib.

Konaşenkov 19 Ukrayna PUA-sının zərəsizləşdirildiyini də açıqlayıb.

Oxşar xəbərlər
OTACI