Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistanda tikilməkdə olan körpü çökdü - VİDEO

05 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistanın Bihar əyalətinin Bhaqalpur rayonunda tikintisi davam edən Aquvani-Sultanqanc körpüsü uçub.

Press.az xarici KİV-ə istinadla xəbər verir ki, səlahiyyətlilər hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.

Noyabr və ya dekabrda açılması gözlənilən körpü Qanqa çayı üzərindən Xaqariya və Bhaqalpur bölgələrini birləşdirəcəkdi. 

Körpünün hansı səbəbdən çökdüyü hələ ki məlum deyil.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xatırladaq ki, ötən ilin aprelində körpünün bir hissəsi uçub.

 

Oxşar xəbərlər
OTACI