Belqoroddakı “Rusiya Könüllülər Korpusu”nun üzvləri Pskov vilayətinin Velikiye Luki şəhərindən 4 hərbçi əsir götürülüb.
Press.az “unian”a istinadən xəbər verir ki, məhbusların şəxsiyyəti sosial şəbəkələrdə axtarış xidmətlərindən istifadə edilməklə müəyyən edilib. Araşdırma zamanı bəli olub ki, onlar arasında dənizçi Yuri Martınov, 1979-cu il təvəllüdlü Dmitri Ermakov, 1978-ci il təvəllüdlü Roman Qomenyuk və Aleksey Xamitski də var.
Bundan əvvəl döyüşçülər Rusiyanın Tver vilayətinin Kaşin yaşayış məntəqəsindən olan Aleksey Belyayevi əsir götürüblər.
“Rusiya Könüllür Korpusu” və “Rusiyanın Azadlığı” legionunun üzvləri Rusiyanın Ukraynaya hücumunda Kiyevi dəstəkləyir və bu məqsədlə də Rusiya ərazisinə hücum edərək hərbçiləri əsir götürürlər. Onlar əsir götürdükləri rus hərbçilərini Ukrayna tərəfinə təhvil verəcəklər.