Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya buna görə Ukraynaya PUA hücumlarını artırıb - Kəşfiyyat

05 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya təkcə may ayında Ukraynaya 300-dən çox İran istehsalı olan “Shahed” kamikadze PUA-sı ilə zərbə endirib.

Press.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyatı Rusiyanın Ukraynaya çoxsaylı PUA zərbəsinin əsas səbəbini açıqlayıb.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynaya çoxsaylı PUA zərbəsi endirməklə  qarşı tərəfin qiymətli müasir hava hücumundan müdafiə raketlərini tez bir zamanda tükətməyə çalışır. 

Rusiyanın bu məsələdə uğur qazanacaq ehtimalı çox aşağıdır. 

“Ukrayna əsasən köhnə və daha ucuz hava hücumundan müdafiə və elektron döyüş texnikasından istifadə edərək ona hücum edən PUA-ların ən azı 90%-ni zərərsizləşdirib", - Britaniya kəşfiyyatı qeyd edib.

Oxşar xəbərlər
OTACI