Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin birləşməlidir və birləşdiriləcək - Müdafiə naziri

04 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çin hakimiyyəti dinc yolla Tayvanla birləşməsinə çalışır, lakin eyni zamanda, zəruri hallarda güc tətbiqini də istisna etmir.

Press.az xəbər verir ki, bunu bazar günü Çinin müdafiə naziri Li Şanqfu Sinqapurda Şanqri-La Dialoq təhlükəsizlik konfransında deyib.

"Çin birləşməlidir və birləşdiriləcək. Bu, xalqın arzusuna və dövrümüzün tendensiyasına uyğundur. Biz sülh yolu ilə birləşmə perspektivləri üçün səmimiyyətlə çalışacağıq və bunun üçün ən böyük səyləri göstərəcəyik, lakin güc tətbiqindən imtina edəcəyimizə söz vermirik” - Li Şanfu bildirib. Onun çıxışı konfransın saytında yayımlanıb.

O vurğulayıb ki, əgər kimsə Tayvanı Çindən ayırmağa cəsarət etsə, o zaman “Çin ordusu bir saniyə belə tərəddüd etməyəcək”.

Oxşar xəbərlər
OTACI