Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına gedir

03 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ dövlət katibi Entoni Blinken iyunun 6-8-də Səudiyyə Ərəbistanında səfərdə olacaq.

Press.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibliyi məlumat yayıb.

Bildirilir ki, Blinken səfər çərçivəsində Səudiyyə Ərəbistanı rəsmiləri ilə regional və qlobal məsələlərdə ikitərəfli strateji əməkdaşlığı, o cümlədən iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olmaqla bir sıra məsələləri müzakirə etmək üçün görüşəcək.

Mətbuat katibliyindən o da bildirilib ki, Blinken iyunun 7-də ABŞ-Körfəz Əməkdaşlıq Şurasının nazirlər iclasında iştirak edəcək və Yaxın Şərqdə təhlükəsizlik, sabitlik, gərginliyin azaldılması, regional inteqrasiya və iqtisadi imkanların təşviqi üzrə əməkdaşlığı müzakirə edəcək.

Dövlət katibi İŞİD-in son məğlubiyyətini müzakirə etmək üçün iyunun 8-də Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşəcək.

Oxşar xəbərlər
OTACI