Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniyada sağlamlıq böhranı: xəstəxanaların 25%-i bağlana bilər

02 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyada planlaşdırılan xəstəxana islahatı həyata keçirilməsə, xəstəxanaların 25%-i bağlana bilər.

Press.az “Haber7com”a istinadla xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax xəbərdarlıq edib.

“Ölkədə planlaşdırılan mübahisəli xəstəxana islahatı bir çox xəstəxanaların maliyyə və struktur çətinliyində sağ qalmasını təmin edəcək.

Xəstəxanalarda nəzarətsiz bir iflasın başlanğıcındayıq. İslahat olmasa, xəstəxanaların 25%-i böyük ehtimalla iflas edəcək.

Kovid-19 epidemiyası əksər ölkələrdə olduğu kimi Almaniyada da səhiyyə xidmətləri, işçilər və xəstəxanalar üzərində böyük təzyiq yaratdı. Bu təzyiq Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı ilə daha da artdı.

Almaniyadakı 1900 xəstəxananın 60%-i böyük maliyyə problemləri ilə üzləşir. Xəstəxanalardakı köhnə avadanlıqlardan, kadr çatışmazlığından, təcili yardım xidmətlərində gözləmə müddətinin uzun olmasından, müalicənin keyfiyyətinin aşağı düşməsindən və həddindən artıq bürokratiyadan şikayətlər edilir.

Ölkədə planlaşdırılan və böyük müzakirələrə səbəb olan xəstəxana islahatı ilə xəstəxanaların maliyyə və strukturunun yenidən təşkili hədəflənir.

İslahata görə, xəstəxanalar artıq yalnız tibbi işlərin sayına görə maliyyələşməyəcək. Bu, xəstəxanalara olan maliyyə təzyiqini azaldacaq. Xəstəxanaların 3 kateqoriyaya bölünməsi planlaşdırılır. Klinikaların müəyyən müalicələr üzrə ixtisaslaşması və xəstələrin daha keyfiyyətli müalicə alması hədəflənir”.

Oxşar xəbərlər
OTACI