Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna iyulda Litvada keçiriləcək NATO Sammitində üzvlük üçün açıq dəvət gözləyir.
Press.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin Zirvə Toplantısında çıxışı zamanı deyib. O, ölkəsinin təcili olaraq Rusiyaya qarşı təhlükəsizlik zəmanətinə ehtiyac duyduğunu bildirib.
Zelenski Ukraynanın Aİ-yə daxil olması üçün də aydın və birmənalı qərar verilməli olduğunu bildirib.
Ukrayna lideri müasir döyüş təyyarələrinə ehtiyac duyduqlarını söyləyib. Zelenski onlara F-16 döyüş təyyarələri verilərsə, Rusiyanı məğlub edə biləcəklərini vurğulayıb.