Ukrayna Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində ciddi irəliləyiş əldə edib".
Press.az “Report”-a istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviterdə yazıb.
O, Moldovada keçirilən “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü bildirib.
U.Lyayen Ukraynaya dəstəyin müzakirə edildiyini vurğulayıb: “Ukraynaya ədalətli və davamlı sülh lazımdır. Biz sizin yanınızdayıq və ədalətli sülh üçün birlikdə çalışacağıq”