Rusiya Dövlət Dumasının deputatı, hakim Vahid Rusiya Partiyasının üzvü Viktor Zubarev 62 yaşında vəfat edib.
Press.az “Report”-a istinadla xəbər verir ki, məlumatı partiyanın qanunverici orqandakı fraksiyasının Mətbuat xidməti yayıb.
Qeyd edək ki, Viktor Vladislavoviç Zubarev 1961-ci il fevralın 20-də Krasnoyarsk diyarının Ujur şəhərində anadan olub.
V,VI,VII və VIII çağırışlarda Dövlət Dumasının deputatı seçilib.
Dumanın Büdcə və vergilər üzrə komitəsinin üzvü olub.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və başqa dövlətlər ona qarşı da sanksiya tətbiq edib.