Rusiyadan mülki və xidməti odlu silahlar üçün patronların, eləcə də müəyyən çaplı silahlar üçün patron gilizlərinin ixracı müvəqqəti olaraq qadağan edilib.
Bununla bağlı ölkənin Baş naziri Mixail Mişustin fərman imzalayıb.
“Qərar dövlətin maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır”, - deyə hökumət saytında qeyd edilib.
Həmçinin bildirilib ki, qadağa ordu, digər qoşunlar və hərbi birləşmələr üçün lazım olan mərmilərə şamil edilmir.
Mənbə: RBC.ru