“Süni intellekt dövrünə gedirik. Ola bilsin bütün pilotsuz uçuş aparatları (PUA) Ukraynaya hücum etməyə hazır deyil və öz yaradıcılarının yanına qayıdırlar”.
Press.az “Report” -a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo Podolyak mayın 30-da Rusiyanın paytaxtı Moskva şəhərinə PUA-larla hücumu şərh edərkən bildirib.
Məsələ ilə bağlı Rusiya rəsmilərinin açıqlamalarına ironiya ilə yanaşan Ukrayna rəsmisi deyib: “Onlar yaradıcılarından soruşmaq istəyirlər: "Bizi niyə Ukrayna, o cümlədən Kiyev və başqa şəhərlərdəki uşaqlara hücum etmək üçün göndərirsiniz?”.
M.Podolyak söyləyib ki, 15 aydan sonra Rusiya 2014-cü ilin təkrar olmayacağını başa düşüb: “İstənilən ayırma xətti üzrə heç bir imzalanma olmayacaq. Hər kəs etdiklərinə görə cavab verəcək”.
Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum olub. Hadisə nəticəsində iki nəfərin yaralandığına, bir neçə binaya ziyan dəydiyinə dair xəbərlər yayılıb.