Rusiya Ukraynanın Dnepr vilayətətinə hücum edib.
Press.az “HaberGlobal”a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Sergey Lisak teleqram hesabında məlumat verib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Xəsarət alanlar arasında 11 yaşlı uşağın da olduğu bildirilib.
Hücumun detalları ilə bağlı açıqlama verilməyib.