Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həştərxanda beynəlxalq forumda Xəzər regionunun inkişaf prioritetləri müzakirə olunur

29 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mayın 29-da Həştərxanda öz işinə başlayan “Xəzər 2023: Dayanıqlı inkişaf yolları” III Beynəlxalq Elmi Forumunda yeni çağırışlar və imkanlar şəraitində elm və təhsilin inkişafı müzakirə olunur.

“Report”un Həştərxana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, forumda Xəzər regionunun inkişafı imkanları və prioritetləri, regionun ekoloji problemləri və onların həlli yolları, ali təhsilin beynəlmiləlləşdirilməsi, Xəzər regionu ölkələrində mətbuat sahəsində təhsilin problemləri müzakirə olunur.

Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları mədəni, iqtisadi, ekoloji, hüquqi aspektlər də daxil olmaqla kompleks təhlükəsizlik problemlərini müzakirə edəcəklər.

Mayın 31-dək davam edəcək forumda Xəzəryanı ölkələrlə yanaşı, Mərkəzi Asiya ölkələrindən də ekspertlər iştirak edirlər.//Press.az 

Oxşar xəbərlər
OTACI