“Türkiyə Prezidenti ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edir”.
Press.az “Report-a istinadla ” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
Onun sözlərinə görə, iyunun 1-də Moldovanın paytaxtı Kişineuda da bir tədbir var: “Prezident Rəcəb Tayyib Ərdoğanın həmin toplantıya qatılıb-qatılmayacağı hələ ki məlum deyil”.
İ.Kalın deyib ki, Kişineuda keçiriləcək görüşə Avropa İttifaqına üzv ölkələr və daha 20 dövlət dəvət edilib: “Orada liderlərlə bir görüş də ola bilər".