Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin Rusiyanın Avropanın silahlı qüvvələrlə bağlı müqaviləsindən çıxmasını təsdiqləyib

29 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin "Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması (AASQM) haqqında" müqavilədən denonsasiyasına dair qanunu imzalayıb.

Press.az “Report”-a istinadla xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu müqavilə 1990-cu ildə Parisdə və 1999-cu ildə Türkiyənin İstanbul şəhərində ATƏT-in sammitində yenilənmiş variantda imzalanıb.

Məlumata görə, uyğunlaşdırılmış müqaviləni yalnız dörd ölkə - Rusiya, Belarus, Qazaxıstan və Ukrayna ratifikasiya edib. 2007-ci ildə NATO ölkələri Uyğunlaşma haqqında Sazişi ratifikasiya etmədiyindən Rusiya "Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması haqqında" müqavilədə iştirakını dayandırmışdı.

 

Oxşar xəbərlər
OTACI