Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Co Baydenlə telefon danışığı baş tutacaq.
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
“Prezidentimizin bu axşam Baydenlə telefon danışığı olacaq. Təkcə Baydenlə deyil, Fransa, İspaniya və bir çox başqa ölkələrin liderləri ilə də telefon danışıqları keçiriləcək”, - deyə İbrahim Kalın qeyd edib.
Qeyd edək ki, Bayden “Twitter” hesabındakı paylaşımda Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edib və NATO müttəfiqləri olaraq qlobal məsələlərdə birgə işləmək barədə niyyətini bildirib.//Press.az