Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İtaliyada turist qayığı batıb, ölənlər var

29 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyanın şimalında, Sesto-Kalende və Arona şəhərləri arasında, içərisində 20-dən çox sərnişinin olduğu turist gəmisi batıb.

Bu barədə “Report” “BBC”yə istinadən xəbər verir.

Gəmidə ad gününü qeyd edən 25 nəfər olub. Su nəqliyyat vasitəsi güclü külək səbəbindən batıb, gəmidəkilərin hamısı suya düşüb. Lakin bir çoxları sahilə üzməyə müvəffəq olub, daha bir neçə nəfəri isə digər qayıqlar xilas edib.

Ən azı iki nəfərin öldüyü, daha iki nəfərin itkin düşdüyü bildirilir. İtaliya yanğınsöndürmə xidmətinin məlumatına görə, onların axtarışları davam edir, xilasedicilər, helikopterlər və təcili tibbi yardım maşınları hadisə yerinə cəlb olunublar.

Oxşar xəbərlər
OTACI