Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin ölkəsinin sülhə hazır olduğunu bildirib.
Press.az APA-ya istinadən bildirir ki, bu barədə BBC məlumat yayıb.
O, hələ ciddi şəkildə işə başlanılmadığını bildirib.
Səfir Qərbin dünyanı eskalasiyaya apardığını bildirib.
"Hər şey NATO ölkələrinin, xüsusən də Böyük Britaniyanın göstərdiyi səylərdən asılıdır... Təbii ki, bu eskalasiya bizə lazım olmayan və istəmədiyimiz yeni ölçü ala bilər. Sabah barışa bilərik", - deyə Kelin bildirib.
O xatırladıb ki, Rusiya imkanlarına və resurslara görə Ukraynadan üstündür.
Kelin bu fərqi böyük adlandırıb və əlavə edib ki, Rusiya hələ də münaqişəyə ciddi şəkildə başlamayıb.