Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Ukraynanın paytaxtına hücum edib: “Şahedlər”in ikinci dalğası gözlənilir

28 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kiyevdə Rusiya pilotsuz uçuş aparatlarının hücumu zamanı Ukrayna hərbçiləri düşmənin 20-dən çox hava hədəfini vurub. Bununla belə, "Şahedlər"in ikinci dalğası gözlənilir.

Press.az "Report"a istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

"Hava Hücumundan Müdafiə Qüvvələri artıq Kiyevə doğru hərəkət edən 20-dən çox PUA-nı məhv edib. Lakin paytaxta yeni pilotsuz uçuş aparatları dalğası gəlir", - o qeyd edib.

Mer həmçinin şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb.

"Təhlükəsizliyinizə laqeyd yanaşmayın. Gecə çətin olacaq", - mer vurğulayıb.

Digər mətbu orqanlar hücum zamanı paytaxtın Qoloseyevsk rayonunda bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını xəbər veriblər.

Oxşar xəbərlər
OTACI