Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə Prezident seçkilərinin II turu: səsvermə başladı

28 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi başlayıb.

Press.az bildirir ki, səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edəcək.

Türkiyə vətəndaşları Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcəklər.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib. Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,52%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,88 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50%-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb.

Oxşar xəbərlər
OTACI