Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mask icazəni aldı: İnsanlar üzərində sınaqlar başlayır

27 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milyarder İlon Maska məxsus “Neuralink” şirkəti insanlar üzərində beyinə çiplərin implantasiyası üçün klinik sınaqlar keçirmək icazəsini ala bilib.

Bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilir ki, müsbət qərardan sonra ABŞ Qida və Dərman Administrasiyası (FDA) klinik sınaqlar üçün könüllülərin axtarışına başlayır.

Xatırladaq ki, martın əvvəlində FDA “Neuralink”in neyroçipi insanlar üzərində sınaqdan keçirməsinə imtina edib.

2021-ci ilin aprelində “Neuralink” video oyunları oynayan çiplənmiş meymunun videosunu yayımlayıb. Mask iddia edir ki, onun texnologiyası görmə əngəlli və ya iflic olan insanlara məhdudiyyətsiz həyat yaşamağa imkan verəcək.

Oxşar xəbərlər
OTACI