Kosovo və Metohiyada yaşayan serblər inzibati binaları qorumaq üçün barrikadalar qurmağa başlayıblar.
Press.az “Report” -a istinadla xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Leposaviç bələdiyyəsinin sakinləri tikinti texnikasının köməyi ilə barrikadalar qurublar.
Xatırladaq ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Silahlı Qüvvələrin bölmələrinin təcili olaraq Kosovo və Metohiya ilə inzibati sərhədə göndərilməsi ilə bağlı əmr imzalayıb.