Rusiya ordusu Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib.
Press.az “Report-a istinadla ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.
O bildirib ki, şəhərdəki klinikaya raket zərbələri nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.
Dağıntılar aradan qaldırılır.