Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dördtərəfli danışıqlar yaxın vaxtda baş tuta bilər - Kalın

25 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında mümkün görüş yaxın vaxtlarda baş tuta bilər”.

Press.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın “CNN Türk”ə bildirib.

“Dördtərəfli danışıqlar nəticəsində qaçqınların qaytarılması planı hazırlanacaq. İran və Rusiya mövqeyimizi bilir. Danışıqlar zamanı zəmanətlər müəyyənləşəcək. Suriya Prezidenti Bəşər Əsəd ümumi amnistiya elan etsə də, xalq ona inanmır”, - deyə İbrahim Kalın vurğulayıb.

Qeyd edək ki, mayın 10-da Moskvada Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirləri Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması məsələsi ilə bağlı danışıqlar aparıb.

Oxşar xəbərlər
OTACI