Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Son üç ayda İrandan Əfqanıstana 119 000 qaçqın qayıdıb

25 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son üç ayda İrandan Əfqanıstana 119 000 qaçqın qayıdıb.

Press.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın cənub-qərbində yerləşən Nimruz əyalətində mühacirlərin işi üzrə şöbənin başçısı Mövləvi Abdullah Riaz bildirib.

Onun sözlərinə görə, bu ay 65 000 əfqan İrandan ölkəsinə qayıdıb: "İki ay əvvəl isə 54 min əfqan qaçqın Vətənə qayıdıb. Bu rəqəmlər Nimruz sərhəd məntəqəsindən qayıdanların sayının artdığını göstərir".

“Taliban” hökuməti son aylarda Əfqanıstanda milli təhlükəsizliyi təmin edəndən sonra başqa ölkələrdən, xüsusən İran və Pakistanda olan əfqan mühacirlərin geri qaytarılması prosesi başlayıb.

Mütəxəssislər hesab edirlər ki, İran əfqan qaçqınları qayıtmağa məcbur edir. Bunun səbəblərindən biri olaraq iki ölkə arasında yaranmış su probleminin həll olunmaması göstərilir. Qeyd edək ki, Tehran rejimi “Taliban” hökumətini Gilmənd çayından İran ərazisinə axan suyun qarşısını almaqda ittiham edir. Qarşı tərəf isə İran istifadə etdiyi suyun pulunu ödəməsini istəyir. Ona görə də ehtimal olunur ki, Tehran rejimi Əfqanıstandakı hakimiyyətə təzyiq məqsədilə əfqan qaçqınları ölkəsinə qayıtmağa məcbur edir.

İrandakı əfqan qaçqınların dəqiq statistikası yoxdur. Bu rəqəmin 500 000-900 000 nəfər, bəzən isə daha çox olduğu iddia edilir.

Oxşar xəbərlər
OTACI