Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə zəlzələdə zərərçəkmişlərin ödəmədikləri işıq və qaz pulları ləğv olunur

25 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində iş yerləri və evləri ziyan görmüş vətəndaşların ödəmədikləri işıq və qaz pulları ləğv olunur.

Press.az “Report-a istinadla ” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənəd imzalayıb.

Sənəddə qeyd edilib ki, indiyədək ödənişi yerinə yetirməyən şəxslər kommunal xidmətə görə nəzərdə tutulmuş məbləği ödəməyəcəklər.

Xatırladad ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Oxşar xəbərlər
OTACI