Rusiya müdafiə naziri Sergey Şoyqu və belaruslu həmkarı Viktor Xrenin qeyri-strateji nüvə silahlarının məzmununu müəyyən edən sənədlər imzalayıblar.
Press.az “Report”-a istinadla xəbər verir ki, bu barədə Belarus müdafiə Nazirliyindən bildirilib.
V.Xrenin qeyd edib ki, Minsk Moskva ilə hərbi sahədə strateji müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.