Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: “Parlament seçkilərində göstərdiyimiz iradəni prezident seçkilərinin ikinci turunda da ortaya qoymalıyıq”

24 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Parlament seçkilərində göstərdiyimiz iradəni prezident seçkilərinin ikinci turunda da ortaya qoymalıyıq”.

Press.az  Report”-a istinadla  xəbər verir ki, bunu Türkiyə Prezidenti, “Cümhur ittifaqı”ndan prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

O, vətəndaşları seçkilərdə iştirak etməyə çağırıb: "Arxayınlaşmaq olmaz”.

Ərdoğan bildirib ki, ötən 21 il ərzində ölkədə siyasi sabitsizliyin qarşısı alınıb: “Bunu millətimizin dəstəyi nəticəsində bacardıq. Biz də həmişə millətimizin yanında olduq”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcək.

Oxşar xəbərlər
OTACI