Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu kişi 17 ildir heç nə yemir - Səbəbi və qidalandığı tək şey eşidənləri heyrətə gətirdi - FOTO

23 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda yaşayan kişi 17 ildir yemək yemir.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 ildir sadəcə maye qəbul edərək yaşayan şəxsin açıqlamaları eşidənləri heyrətə gətirib.

58 yaşlı kişi, "Aclıq hiss etmirəm. Yeməyi 17 il əvvəl dayandırdım. Bilmirəm niyə", - deyərək yeməyi dayandırmasının səbəbini belə izah edib:

"Qəribə bir hiss keçirdim, sanki ağzımda tükə bənzər əşya var idi. Hiss etdim ki, bu tükün başı ağzımda, ucu isə qarnımdadır və nə etsəm də, onu çıxarmaq qeyri-mümkün idi. Mən bunu həqiqətən təsvir edə bilmirəm, amma dəhşətli bir hiss idi”.

Vəziyyətinin tibbi ekvivalentinin olmadığını deyən Ərdəşiri, yemək yeyən zaman boğulduğunu hiss etdiyini deyib:
"Hamı fərqli həkim təklif etdi və xəstəliyimə diaqnoz qoymaq üçün çox səy göstərdilər. Amma heç bir diaqnoz qoyulmadı. Bu hissdən qurtulmaq üçün çox həkimə getdim”.

Qeyd edək ki, Ərdəşiri 17 ildir ki, yalnız qazlı içkilər qəbul edərək yaşayır.

Oxşar xəbərlər
OTACI